01:50 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Xəstəxana

"Mercedes" dirəyə çırpıldı: 4 nəfər xəsarət alıb

Sputnik/ Tabıldı Kadırbekov
HADİSƏ
Qısa URL
20 0 0

Yaralılardan birinin vəziyyəti kritikdir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Masallı-Yardımlı avtomobil yolunda ağır  qəza baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib. Belə ki, rayonun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqov idarə etdiyi 10-MT-517 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib və maşın yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü ilə bir yerdə avtomobildə olan həmkəndliləri –1983-cü il təvəllüdlü Pərviz Qurbanov, 1983-cü təvəllüdlü Ramal Həsənov və1991-ci il təvəllüdlü Elxan Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Daha ağır yaralanan R.Həsənov isə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular