01:46 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Ambulans, arxiv şəkli

Qaradağda ağır qəza nəticəsində 3 nəfər öldü

© Photo: APA
HADİSƏ
Qısa URL
273 0 0

“Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub

BAKI, 17 iyun — Sputnik. Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.

Bəzi məlumatlara görə, mikroavtobusda Hindistan vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir. Ölənlərin də hindistanlılar olduğu buildirilir.

Əsas mövzular