21:15 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Sumqayıt-Bakı yolunda tıxac

Bakı-Sumqayıt yolunda intihar cəhdi: Vəsiyyətini yazıb qəza törətdi - VİDEO

© Sputnik / Sabina Aliyeva
HADİSƏ
Qısa URL
126 0 0

“Renault” markalı avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb

BAKI, 8 iyun — Sputnik. Bakı-Sumqayıt şosesində bir nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb
Qəza şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, qəza şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məmmədov Rahib Elton oğlu idarə etdiyi “Renault” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən minik maşını anidən yol kənarındakı beton arakəsməyə çırpılıb.

Avtomobildə tapılan məktub
Avtomobildə tapılan məktub

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Ərazidə ilkin müayinə aparan zaman qəzanın qəsdən törədilməsi ehtimalı yaranıb. Belə ki, avtomobildən sürücünün vəsiyyətnaməsi aşkarlanıb.

Məlum olub ki, o, maddi çətinlikdən əziyyət çəkdiyi üçün özünü öldürmək istəyib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov yaxınlarının təkidi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular