Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada meşə sakininin şəhərə səfəri uğursuz olub

CC0 / Free-Photos / GrizzlyГризли, фото из архива
Гризли, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada sakinlər meşədən onlara "qonaq" gəlmiş ayını öldürüblər

BAKI, 28 may - Sputnik. Rusiyanın Krasnoyarsk diyarının Severo-Yeniseysk qəsəbəsində iri ayı meşədən çıxaraq uşaq meydançasına qədər gəlib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata əsasən, olay barədə xəbər alan polislər və ovçular hadisə yerinə gəliblər. Onlar əvvəlcə xüsusi vasitələrin köməyi ilə yırtıcını meşəyə qovmağa cəhd ediblər. Lakin səs-küy ayıya təsir etməyib və o, insanların üstünə cumub. Bunu görən hüquq-mühafizə orqanlarının işçiləri silah işlətməyə və ayını zərərsizləşdirməyə məcbur olublar.

Xəbər lenti
0