Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabunçu polisi "Qədim"i iş başında yaxaladı - FOTO

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 24 may — Sputnik. Sabunçu rayonunda ictimai-asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

© AR Ministry of Internal AffairsHikmət Vəlizadə
Sabunçu polisi Qədimi iş başında yaxaladı - FOTO - Sputnik Azərbaycan
Hikmət Vəlizadə

Qeyd edilib ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

© AR Ministry of Internal Affairsİman Qədimov
Sabunçu polisi Qədimi iş başında yaxaladı - FOTO - Sputnik Azərbaycan
İman Qədimov

H.Vəlizadə ifadəsində narkotik vasitəni "Qədim" kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 12-ci Polis Şöbəsi əməkdaşlarınını keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. i.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0