12:01 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Yanğınsöndürən

Sumqayıt bağçasında yanğın: Azyaşlılar təxliyə edilib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
161 0 0

Yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə yerləşdirilib

BAKI, 22 may — Sputnik. Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binada yanğın olub. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqədar

İşğal altındakı torpaqlarımızda yanğınlar törədilib
Bakıda məşhur ticarət mərkəzində yanğın olub, yaralılar var
Ticarət mərkəzində yanğınların səbəbi: Siqaret çəkənlər, yemək bişirənlər…

Əsas mövzular