Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada ağır yol qəzası olub, ölən və yaralanan var

© pixabay / Marcel LangthimQəza sığortası
Qəza sığortası - Sputnik Azərbaycan
Abunə olmaq
Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir

BAKI, 19 may - Sputnik. Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yük maşını ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 

Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Xəbər lenti
0