16:36 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
107 0 0

"Favorit" supermarketində yanğın olub, yaralılar var

BAKI, 18 may – Sputnik. Bakıda ticarət mərkəzinin yerləşdiyi binada yanğın olub.

Sputnik Azərbaycan istinadla xəbər verir ki, hadisə Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Zagulba Mall" ticarət mərkəzinindəki "Favorit" supermarketinin zirzəmisində baş verib. 

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı da xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Əsas mövzular