Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu dəfə kişini rüsvay etməklə hədələyib pul istədilər

© Sputnik / Anar MustafayevƏlləri qandallanmış kişi, arxiv şəkli
Əlləri qandallanmış kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Mayın 6-da Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1500 manat pul tələb etdiyini bildirib.

DİN Mətbuat Xidmətin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti
0