CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mayın ilk bazar günündə təbiət qoynunda istirahət etmək çətin olacaq

© Sputnik / Ilham AhmadovGüclü külək nəticəsində magistral yolun kənarındakı ağaclar qırılıb
Güclü külək nəticəsində magistral yolun kənarındakı ağaclar qırılıb  - Sputnik Azərbaycan
Abunə olmaq
Bazar gününə olan hava proqnozu açıqlanıb

BAKI, 4 may - Sputnik. Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Международный аэропорт Гейдар Алиев в Баку - Sputnik Azərbaycan
Heydər Əliyev Beynəlxalq Hava Limanı ən yaxşı aeroport seçilib

Havanın temperaturu Abşeronda gecə 13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 9-14° isti təşkil edəcək. 

Xəbər lenti
0