03:54 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Qətl hadisəsi

Paytaxtda baş vermiş dəhşətli qətlin üstü açılıb

CC0 / Republica / kill
HADİSƏ
Qısa URL
145 0 0

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 29 aprel — Sputnik. Paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. 

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində, 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o tutularaq istintaqa cəlb olunub.

K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əlaqədar

Oğul çay üstündə anasını qətlə yetirib
Yanğında öldüyü deyilən qadın qətlə yetirilibmiş
Masallıda ər arvadını qətlə yetirdi
Teqlər:
polis, prokurorluq, əməliyyat, istintaq, qətl

Əsas mövzular