03:24 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Mingəçevir şəhəri

Balıq həvəsi Lənkəran sakininə baha başa gəldi

© Sputnik / Ilham Mustafa
HADİSƏ
Qısa URL
89 0 0

Faktla bağlı araşdırma davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 aprel - Sputnik. Lənkəranda boğulma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə rayonun Boladi kəndi ərazisində olub.

Belə ki, 1958-ci il təvəllüdlü Boladi kənd sakini  Abdulla Miriyev evinin qarşısında balıq tutan zaman ehtiyasızlıqdan çaya düşüb. A.Miriyevin oğlu onu sudan çıxarsa da gec olub və o, artıq keçinib. Mərhumun meyiti müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Regional Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Əsas mövzular