Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Su anbarından meyit tapılıb

© © APAAbşeron çimərliklərindən birində FHN xilasediciləri. Arxiv şəkli
Abşeron çimərliklərindən birində FHN xilasediciləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 27 aprel — Sputnik. Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarında batdığı ehtimal edilən, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, FHN-in 112 "qaynar xətt"inə Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbər lenti
0