05:19 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Qucağında körpəsini tutmuş qadın

Ağdamlı qadın əri tərəfindən döyüldüyü üçün körpəsini boğub öldürüb

CC0 / rawpixel.com / baby
HADİSƏ
Qısa URL
104 0 0

Ehtimal olunr ki, ananın belə bir addım atması yaxın ətrafından mənəvi dəstəkdən məhrum olmasından qaynaqlanır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Ağdamın Ayaq Qərvənd kəndində dəhşətli hadisə baş verib. Rayonun işğal altındakı Göytəpə kəndindən məcburi köçkün düşmüş İsmayılovlar ailəsində baş verən münaqişə nəticəsində ana səkkiz aylıq övladını öldürüb.

Bu barədə Sputnik Azərbaycan-a Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qərvənd kənd üzrə nümayəndəsi Zakir Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin ailə Göytəpə kəndindən məcburi köçkün kimi Qərvənd kəndinin ərazisində, Sultanbud deyilən meşə massivində məskunlaşıb.

"Ailə başçısı Göytəpə kənd sakini İsmayılov Zamir Ramiz oğlu ikinci evliliyini İsmayılova Günel Şahsevən qızı ilə edib. İsmayılovlar ailəsinin birgə nikahından İsmayılova Nərmin Zamir qızı dünyaya gəlib. Bu gün həyat yoldaşı tərəfindən döyülən qadın ərinin evdən getməsindən sonra səkkiz aylıq övladını boğub öldürüb" - deyə həmsöhbətimiz bildirib.

"Qadın hadisədən sonra polis bölməsinə gələrək təslim olub. Günel Zamirə qoşulub qaçdığı üçün ata-anası ilə münasibətləri olmayıb. Ehtimal olunur ki, ananın belə bir addım atması yaxın ətrafının mənəvi dəstəyindən məhrum olmasından qaynaqlanır" - deyə Z.Əliyev vurğulayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Məşhur film həyatda yaşandı: Təyyarə körpəyə görə hava limanına qayıtdı
Göygöldə ağır yanıq xəsarəti alan körpə xəstəxanadan çıxarıldı
Dünyada 50 milyonadək körpəni öldürən xəstəlik Azərbaycanda da bəlalar törədir
Teqlər:
köçkün, övlad, kişi, qadın, Ağdam

Əsas mövzular