23:24 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Əlləri qandallanmış şəxs, arxiv şəkli

Populyar reperimiz narkotikə görə həbs edildi - RƏSMİ

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
48 0 0

Aydın Hüseynovun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib

BAKI, 15 aprel — Sputnik. Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırmalar nəticəsində narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, "Ruzigar" ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Reper Aydın Hüseynov
Reper Aydın Hüseynov

Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.

A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Əsas mövzular