23:24 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Səhərə qadın intiharları ilə başladıq...

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
501 0 0

Bir gündə 3 nəfər intihara cəhd etdi, ikisi öldü

BAKI, 15 aprel — Sputnik. Aprelin 14-də Azərbaycanda 3 qadın intihara cəhd edib. Sputnik Azərbaycan xəbər verir ki, onlardan biri xilas edilsə də, iki qadın həyatını itirib. 

Ötən gün Bakının Yasamal rayonu, Şərifzadə 30 ünvanında 20-23 yaşlı gənc özünü doqquzmərtəbəli binadan aşağı atıb. Hadisə axşam 23 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. O, təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Digər bir intihar hadisəsi isə Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib. Məlumata görə, kənd sakini, 1971-ci il təvəllüdlü Məlahət Feyzullah qızı Şabanovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 48 yaşlı M. Şabanovanın intihar səbəbi hələlik bilinmir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Növbəti intihar hadisəsi isə dünən axşam saatlarında Bakı Bulvarında qeydə alınıb. Məlumata görə, 14 yaşlı qız özünü dənizə ataraq intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qızı xilas edə biliblər.

Onun Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində olduğu bildirilir.

Əsas mövzular