BAKI, 14 aprel — Sputnik. Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
© © Nusrət Aşurovun şəxsi arxivindən Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn mərasimi
Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn mərasimi
© © Nusrət Aşurovun şəxsi arxivindən
Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir.
© © Nusrət Aşurovun şəxsi arxivindən Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn mərasimi
Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn mərasimi
© © Nusrət Aşurovun şəxsi arxivindən
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb. Abdullayevin hazırda kənd qəbiristanlığında dəfn mərasimidir.