14:41 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
126 0 0

Quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini M.Mustafayev saxlanılıb

BAKI, 2 aprel — Sputnik. Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “Oba” marketə daxil olan yeniyetmə oğlan 33 yaşlı satıcı M.Əhmədovanı bıçaqla hədələyib, kassadakı 205 manatı aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan 12 yaşlı M.Mustafayev saxlanılıb.

Araşdırma aparılır.

Əsas mövzular