Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bir gündə iki avtobus yanıb

Abunə olmaq
Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub

BAKI, 22 fevral — Sputnik. Bu gün Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi - "28 May" metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.

© © Baku Transport AgencyYanmış avtobus
Bakıda bir gündə iki avtobus yanıb - Sputnik Azərbaycan
Yanmış avtobus

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Agentlik araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda da sərnişin avtobusu yanıb.

Xəbər lenti
0