07:48 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Kibrit, arxiv şəkli

Bakıda kişi qadını yandırıb, ancaq bunun necə baş verdiyini xatırlamır

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
515 0 0

Bakıda həddindən çox alkoqol qəbulu az qala faciəyə səbəb olacaqdı. Kişi qadını yandırıb, amma xoşbəxtlikdən zərif cinsin nümayəndəsi sağ qalıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Bakıda güclü alkoqol qəbulu az qala faciəyə səbəb olacaqmış. Kişi qadını yandırıb, amma xoşbəxtlikdən zərif cinsin nümayəndəsi sağ qalıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, xoşagəlməz insident fevralın 21-də saat 19:40-da Nobel prospektindəki evlərdən birində baş verib. Qabil adlı kişi 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub. Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb. Pasientin vəziyyəti kritik deyil.

Kişi cinayəti törədəndən sonra qaçıb gizlənib. Lakin fevralın 22-də Xətai rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs zərərçəkmişin dostu, tüfeyli həyat tərzi keçirən Bakı sakini, 33 yaşlı Tağıyev Qabil İsgəndər oğludur. Sən demə, cinayət baş verən zaman onların hər ikisi möhkəm sərxoş olublar. Tağıyev törətdiyi cinayəti xatırlamır və onu boynuna almaq istəmir.

Faktla bağlı cinayət işi açılıb.

Əsas mövzular