Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Marşrut avtobusu qadını vuraraq öldürdü

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıllıda faciə baş verib

BAKI, 15 fevral - Sputnik. İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.

"Report"un məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0