23:57 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Təcili tibbi yardım

Beyləqanda dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
7469 0 0

"Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 fevral - Sputnik. Beyləqanda ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında baş verib. Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.

Əsas mövzular