23:55 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Təcili tibbi yardım maşını

İstanbulda çökmüş binanın dağıntıları altından daha 4 nəfər xilas edilib

© AFP 2019 / YASIN AKGUL
HADİSƏ
Qısa URL
36 0 0

Binanın 7 mərtəbəsində olan 14 mənzildə 43 nəfər qeydiyyatda olub

BAKI, 7 fevral - Sputnik. İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından daha 4 nəfər xilas edilib. Yaralılar xəstəxanalara yerləşdirilib, birinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Qeyd edək ki, İstanbulda səkkizmərtəbəli bina çöküb. Binanın 7 mərtəbəsində olan 14 mənzildə 43 nəfər qeydiyyatda olub.

Faciə yerində axtarış-xilasetmə işlərinə İstanbul, Sakarya və Bursadan olan xilasedicilər, tibb işçiləri və çoxlu sayda texnika cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mövzular