11:26 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev

Yol polisindən avtobus qəzası ilə bağlı açıqlama gəldi

© Sputnik / Tarana Khudabakhshiyeva
HADİSƏ
Qısa URL
51 0 0

Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib

BAKI, 6 fevral — Sputnik. Xəbər veridiyi kimi, bu gün Abşeron rayonunda sərnişin avtobusu qəza törədib. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Sputnik Azərbaycan-a bildirib ki bu gün səhər saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan "SAZ-NP37" markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında dayanmış "DAF" markalı yük avtomobilinə dəyib. Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular