20:21 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Нож, фото из архива

Ana qızını bıçaqladı

CC0 / charlemagne / knife
HADİSƏ
Qısa URL
44 0 0

Gürcüstanda azərbaycanlı ana qızını bıçaqlayıb

BAKI, 13 yanvar - Sputnik. Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.

“Report”un verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib.

İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.

Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.

Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyiqəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb.

Əsas mövzular