23:32 16 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9398
Lənkəran rayonu Kərgəlan kəndi

Evi qızdırmaq istəyərkən partlayış baş verdi

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
930 0 0

Hazırda xəsarət alan şəxsə yanıq və şok əleyhinə tədbirlər görülür

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 yanvar - Sputnik. Bu gün səhər saatlarında Lənkəran rayonu Kərgəlan kəndi ərazisində qaz partlama hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, hadisə kənd sakini 1938-ci il təvəllüdlü Mir Əlipaşa Miriyevin evində baş verib. Belə ki, ev sahibi səhər evi qızdırmaq üçün qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Nəticədə evə ziyan dəyməsə də, Miriyev əynindəki paltarların yanması nəticəsində xəsarət alıb. Dərhal xəsarət alan şəxs Təcili Tibbi Yardım avtomobili ilə Lənkəran Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Sputnik Azərbaycan-ın müxbirinə verilən məlumata əsasən, Mir Əlipaşa Miriyev xəstəxanaya daxil olarkən bədən gövdəsinin ön və arxa səthi, yuxarı ətrafların, boyun və sifət səthinin 2-3 dərəcəli yanıqlarla və şok vəziyyətində daxil olub. Hazırda xəsarət alan şəxsə yanıq və şok əleyhinə tədbirlər görülür. Hazırda M. Miriyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalmaqdadır.

Partlayış faktı araşdırılır.

Əsas mövzular