07:58 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Qolu qandallı qadın, arxiv şəkli

Ev sahibi soyğunçuları iş başında yaxalayıb

© Photo : Stock image
HADİSƏ
Qısa URL
139 0 0

Dilənçiliklə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüblər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  5 yanvar — Sputnik. Şəki rayonu Zunud kənd sakini Arif İdrisov DİN-in “102 Zəng Mərkəzi” xidməti ilə əlaqə saxlayaraq evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, o, soyğunçuluğu törədən şəxsləri həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirib.

Məlumat aidiyyatı üzrə Şəki ŞRPŞ-yə göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçiliklə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A. İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Əsas mövzular