10:07 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Yanğın, arxiv şəkli

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

CC0 / 12019 / fire
HADİSƏ
Qısa URL
35 0 0

BAKI, 4 yanvar - Sputnik. Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Əsas mövzular