23:49 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
İntihar kəndiri, arxiv şəkli

Həyat yoldaşının intiharına dözməyib özünü öldürdü

CC0 / ArtWithTammy / suicide
HADİSƏ
Qısa URL
322 0 0

Ceyran Bədirxanova ərinin intihar etməsinə dözməyərək, S.Bədirxanovun intihar etdiyi yerdə canına qəsd edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Həyat yoldaşının intiharına dözməyən şəxs 4 gün sonra həmin yerdə özü də intihar edib.

Hadisə Quba rayonunun Susayqışlaq kəndində, Bədirxanovlar ailəsində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, dekabr ayının 29-da 1969-cu il təvəllüdlü Bədirxanov Səməd yaşadığı evin damından özünü asaraq intihar edib. Dünən gecə saatlarında isə onun həyat yoldaşı Ceyran Bədirxanova ərinin intihar etməsinə dözməyərək, S.Bədirxanovun intihar etdiyi yerdə canına qəsd edib.

Onu da qeyd edək ki, ailənin iki oğlu var.

Faktla bağlı Quba Rayon Prakrorluğunda cinayət işi açılıb.

Əsas mövzular