05:28 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Təcili tibbi yardım

İmişlidə yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
135 0 0

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

BAKI, 30 dekabr - Sputnik. İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə günorta saatlarında Çaxırlı kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlüİsgəndərov Yurddaş İsgəndər oğlu, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurddaş oğlu, İmişli sakinləri, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Nicat oğlu və Məmmədov Kamal Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular