05:14 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Əli qandallanmış adam, arxiv şəkli

Onlarla evdən oğurluq edən şəxs saxlanılıb – FOTO

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
15 0 0

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Səbail Rayon Polis İdarəsinə və ya 8-ci Polis Bölməsinə müraciət edə bilərlər

BAKI, 25 dekabr — Sputnik. Səbail rayonu Bayıl qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq mənzildən dəyəri 9000 manat olan qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Fuad Fərəcov
© Sputnik / Irade JELIL
Fuad Fərəcov

Məlumata görə, bu barədə Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Qaradağ rayon sakini Fuad Fərəcov saxlanılıb. F.Fərəcovun ətrafında bölmə əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun Səbail rayonu ərazisində müxtəlif vaxtlarda 14 mənzildən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

F.Fərəcov barəsində 8-cici Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Səbail Rayon Polis İdarəsinə və ya 8-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Əsas mövzular