07:40 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Bakıda süpürgəçi

Faciə davam edir: 12-ci süpürgəçi də dünyasını dəyişib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
240 0 0

Qadın aldığı travmadan hadisə yerində həlak olub

BAKI, 21 dekabr — Sputnik. Yol-nəqliyyat hadisəsi nəticəsində növbəti daha bir süpürgəçi qadın dünyasını dəyişib. Hadisə Sumqayıt şəhəri ərazisində baş verib. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, insident dekabrın 21-də şəhərin Heydər Əliyev prospektində yaşanıb. 

"VAZ-2104" markalı avtomobil küçədən keçən piyadanı - 54 yaşlı Bayramova Xeyransa Seyran qızını vurub. Qadının aldığı travma ölümcül olub və o, hadisə yerindəcə dünyasını dəyişib.

Daha sonra məlum olub ki, Bayramova Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçisidir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X. Bayramova cari il ərzində Bakı və Abşeron ərazisində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan 12-ci süpürgəçidir. Bundan əvvəlki ölüm halı dekabrın 13-də "Koroğlu" metro stansiyası yaxınlığında qeydə alınıb.

Həmin vaxt 173 saylı "Daewoo" markalı avtobus 58 yaşlı süpürgəçi Əliyeva Hürü Cəlal qızını vurmuşdu. Qadını təcili 3 saylı kliniki tibbi mərkəzə aparsalar da, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Əlaqədar

Bakıda daha bir süpürgəçi faciəsi
Paytaxtda süpürgəçi qadın dünyasını dəyişdi
Sumqayıtda qadın xoşu gəlmədiyi üçün süpürgəçini bıçaqlayıb
Paytaxt süpürgəçilərindən çağırış: "Çörəyimizə bais olmayın"
Teqlər:
qəza, qadın, süpürgəçi, yol-nəqliyyat hadisəsi

Əsas mövzular