07:59 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
102 xidməti

Bakıda polisi ayağa qaldıran şəxs saxlanılıb

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
20 0 0

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

BAKI, 13 dekabr — Sputnik. Dekabrın 12-də saat 18 radələrində DİN-in "102 – Zəng Mərkəzi"nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Araşdırma aparılır.

Əlaqədar

Bakı şəhər Baş Polis İdarəsi dünənki aksiya ilə bağlı məlumat yaydı
Azərbaycanda polis kapitanını baltaladılar
Polis Gəncədəki qalmaqallı hadisə ilə bağlı açıqlama yaydı
Kürdəmirdə polis zabiti faciəvi şəkildə öldü

Əsas mövzular