Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Jurnalistin qətli ilə bağlı tükürpərdici iddia ortaya atıldı

© Photo : Xədicə Cengizin şəxsi arxivindənCamal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə
Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Biz düşünmürük ki, Türkiyəyə gələn şəxslər müstəqil hərəkət ediblər. Onların buna cəsarəti çatmazdı. Lakin sübutlar olmadan mən nəsə deyə bilmərəm"

BAKI, 27 noyabr — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu hesab edir ki, Camal Qaşıqçının cəsədi musiqi sədaları altında hissələrə parçalanıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çavuşoğlu öz müsahibəsində bildirib.

"Mən onlara (audio səslərə) qulaq asmışam. Onu 7 dəqiqəyə qətlə yetiriblər. Bu qəsdən törədilən cinayətdir. Məhkəmə tibbi ekspertin digərlərinə göstəriş verdiyini eşitmək olar. Ekspert deyir ki, onlar cəsədi parçaladıqları vaxt musiqiyə qulaq asmalıdırlar. Onun həzz aldığını hiss etmək olar. Biz düşünmürük ki, Türkiyəyə gələn şəxslər müstəqil hərəkət ediblər. Onların buna cəsarəti çatmazdı. Lakin sübutlar olmadan mən nəsə deyə bilmərəm", - deyə Çavuşoğlu bildirib.

Cemal Kaşıkçı - Sputnik Azərbaycan
Gözlənilməz hadisə Ankara, Ər-Riyad və Vaşinqtonu bir-birinə vurdu

Daha əvvəl Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan Səudiyyə kralına radikal təklif verdi

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0