05:27 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
Balta, arxiv şəkli

Azərbaycanda polis kapitanını baltaladılar

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
332 0 0

R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb

BAKI, 26 noyabr — Sputnik. Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub.

Sputnik Azərbaycan qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər.

Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar.

Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rafael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib.

Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, bu hadisə ilə bağlı 3 nəfər kənd sakini saxlanılıb.

Əlaqədar

Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi
Polis 20 cinayətin üstünü "isti izlər"lə açıb
Əli Həsənov: "Polis üçün əsas ictimai asayişin təmin edilməsidir"
Azərbaycanlı azarkeş: “Polis ayırmasaydı, çoxunu döyəcəkdik”
Polis rəisinin qızına təcavüz edən həmkarları işdən azad edilib
Teqlər:
cinayət, Biləsuvar, polis, balta

Əsas mövzular