07:13 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Пистолет в руке, фото из архива

Gürcüstanda qanunsuz odlu silah gəzdirən Azərbaycan vətəndaşı saxlanılıb

CC BY 2.0 / Peter Anderson / adiós
HADİSƏ
Qısa URL
61 0 0

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir

BAKI, 24 noyabr - Sputnik. Gürcüstanın Kvemo Kartli bölgəsində qanunsuz olaraq odlu silahın alınması, saxlanılması və daşınması ilə bağlı üç nəfər saxlanılıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlardan ikisi əvvəllər məhkum olunmuş Gürcüstan, biri isə 1959-cu il təvəllüdlü N.V. adlı Azərbaycan vətəndaşıdır.

Üzərlərinə şəxsi axtarış keçirilən zaman Gürcüstan vətəndaşlarından “Korovin” tipli tapança, digər odlu silah və çoxlu sayda patronlar, Azərbaycan vətəndaşından isə “Gold Star” tipli tapança müsadirə olunub.

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 

Əsas mövzular