22:21 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Bakı-Balakən qatarı

Balakən-Bakı sərnişin qatarı yük maşını ilə toqquşub, xəsarət alan var

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
455401

Faktla bağlı araşdırma aparılır

BAKI, 28 oktyabr — Sputnik. Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.

Xəstəxanadan bildirlib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular