12:53 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Bərdə rayonunda küləyin yaratdığı fəsadlar

Güclü külək bölgədə ciddi problemlər yaratdı

© Sputnik / Ramil İbrahimov
HADİSƏ
Qısa URL
7109 0 0

Rayonun bir çox yaşayış məntəqələrində işıqların verilməsində fasilələr yaranıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr – Sputnik. Həftənin sonunda Bərdə ərazisində müşahidə olunan küləkli hava şəraiti rayonun enerji təsərrüfatları üçün bır sıra çətinliklər yaradıb, elektrik enerjisinin ötürülməsində açılma və dayanmalara səbəb olub. Rayonun Həsənqaya kənd sakini Müsafir Cəmilli işıqla bağlı açılmalardan şikayət edib: “Buludlu havaya olan kimi Bərdədə işıqlar yanmır. Lakin elə də güclü külək müşahidə olunmayıb. Hazırda hava şəraiti tam sabitləşib. Nə külək əsir, nə də yağış yağır. Buna baxmayaraq işıqların verilməsi tam bərpa edilməyib”

Bərdə rayonunun Gərənə kəndində də analoji hal müşahidə olunub. Kənd sakini Şahin Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, işıqlar tez-tez sönür: “Saatda iki dəfə belə hal təkrar olunub.  Gərənə kəndində işıqla bərabər, Aztelekom-a bağlı internetin də verilməsində fasilələr yaranıb. Kabel internet olmadığına görə mobil internetdən istifadə eləmək məcburiyyətində qalmışıq”.

Belə hallar Bərdə rayonunun Şorəlli, Divanlı kəndlərindədə qeydə alınıb.

Bərdə Elektrik Şəbəkənin Baş Mühəndisi Sahib Abbasov isə yaranmış çətinlikləri, enerji təchizatında yaranan fasilələri külək və yağışla əlaqələndirib: ”Əsən külək səbəbindən yarımstansiyaların çoxunda qoruyucular açılıb. Onunla əlaqədar olaraq belə hallar baş verib. Hazırda işıq sönən ərazilərdə işığın bərpası təmin olunur”.

Əsas mövzular