15:56 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Dövlət Təhlükəsizliyi Xidmətinin binası

DTX vətəndaşları şantaj edən “jurnalisti” həbs etdi

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
2988 0 0

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb

BAKI, 27 oktyabr — Sputnik. “Realliq.info” saytının baş redaktoru saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

“Realliq.info” saytının baş redaktoru İkram Rəhimov
“Realliq.info” saytının baş redaktoru İkram Rəhimov

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq araşdırmaları davam edir.

Əlaqədar

Dövlət Təhlükəsizliyi Xidməti arxivləri açdı, məxfi və müdhiş sənədlər yayıldı
DİN və DTX birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb
Dövlət Təhlükəsizliyi Xidmətindən maraqlı yenilik
Azərbaycanda müdhiş şəbəkə yaratmış əcnəbi casus həbs edilib
DTX xəbərdarlıq etdi: Məsuliyyətə cəlb edilə bilərsiniz
Teqlər:
Həbs, reket jurnalist, əməliyyat, DTX

Əsas mövzular