15:47 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Əlində bıçaq tutmuş kişi, arxiv şəkli

Bakıya uşağını görməyə gələn qadın qətlə yetirilib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
260 0 0

Bakıda növbəti dəfə qadının amansızlıqla öldürülməsi faktı qeydə alınıb

BAKI, 26 oktyabr — Sputnik. Bakıda növbəti dəfə qadının amansızlıqla öldürülməsi faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, cinayət oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov RPİ-nin 16-cı polis bölməsinin ərazisində baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.

Qətlin Allahverdiyevanın keçmiş əri — 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar və o, cinayət məsuliyyətinə cəlb ediləcək.

Cinayətin motivi də bəlli olub. Keçmiş ər-arvad uşaq üstündə mübahisə ediblər. Belə ki, Allahverdiyeva qətl baş verən gün ərinin evinə uşağını görməyə gəlibmiş. Məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Qadın övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Amma bu ziyarət kişinin ailəsinin qanını qaraldıb. Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, son zamanlar Azərbaycanda keçmiş həyat yoldaşını öldürmək adət halını alıb. Elə oktyabrın 23-də Xətai rayonunda öz evinin girəcəyində 1994-cü il təvəllüdlü Abdullayeva Səriyyə Bəhram qızı qətlə yetirilib. 1991-ci il təvəllüdlü Abdullayev İlkin Cəmil oğlu keçmiş arvadını izləyərək ona bıçaqla hücum edib.

Əlaqədar

Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü
"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb
Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi
Teqlər:
ailə münaqişəsi, intihar, bıçaqlama, cinayət, qətl

Əsas mövzular