03:31 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Daxili İşlər Nazirliyinin binası

Qubada döyülüb öldürülən şəxslə bağlı rəsmi məlumat yayıldı

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
222 0 0

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb

BAKI, 22 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Əlaqədar

Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi
"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü
Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü
Dəhşətli qətl: Din xadimləri öldürüldü
Teqlər:
qətl, Quba, Daxili İşlər Nazirliyi, açıqlama, həbs

Əsas mövzular