03:30 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Binanın damında dayanmış qız, arxiv şəkli

Bakıda 41 yaşlı qadın binanın 10-cu mərtəbəsindən özünü atıb

CC0 / igorovsyannykov / Backlit
HADİSƏ
Qısa URL
155 0 0

Bakının Nərimanov rayonunda bir qadın özünü çoxmərtəbəli binadan ataraq öldürüb

BAKI, 16 oktyabr — Sputnik. Bakıın Nərimanov rayonunda bir qadın özünü çoxmərtəbəli binadan ataraq öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Əldə olunmuş məlumata görə, oktyabrın 15-də saat 07:15-də Məmməd Araz küçəsi, 67/71 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Xanməmmədova Rəna Cumart qızı özünü binanın 10-cu mərtəbəsindən atıb. İlkin araşdırma zamanı məlum olub ki, qadın depressiyada olduğu üçün intihar edib. Qonşularının sözlərinə görə, qadın son illər evdən bayıra çıxmırmış.

Xanməmmədova psixiatrik xəstəxanada qeydiyyatda olub. O, şirofreniyadan əziyyət çəkirmiş. Faktla bağlı araşdırma davam edir.

Əsas mövzular