15:48 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Qadın silueti

"Eşqi başına vuran" gənc Bakıda nələr etdi

CC BY 2.0 / Magdalena Roeseler / Woman
HADİSƏ
Qısa URL
639 0 0

Qadın risk etmək istəməyib və gənc adamın onun ucbatından özünü öldürməsinə də vicdanı yol verməyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Bakının gənc sakini sevdiyi qadın onun istəyinə qarşılıq verməyəcəyi təqdirdə, özünü öldürəcəyini bəyan edib.

Bakının Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə qeyri-adi şikayət ərizəsi daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov RPİ-dən məlumat verilib.

Məlum olub ki, eşqi başına vurmuş bir gənc 46 yaşlı paytaxt sakinini (onun adı etik məsələlərə görə çəkilmir — red.) daim təqib və təhdid edir. 28 yaşlı E.A. qadına deyib ki, əgər onunla görüşməsə və sevgisinə qarşılıq verməsə, özünü öldürəcək. Qadın risk etmək istəməyib və gənc adamın onun ucbatından özünü öldürməsinə də vicdanı yol verməyib. Ona görə də, qadın polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, E.A. hələlik sağdır.

Polis həmin gənci taparaq ona xəbərdarlıq edib ki, əgər bundan sonra bir daha sözügedən qadını narahat etsə, ona qarşı müvafiq ölçü götürüləcək. Hələ ki, polisin xəbərdarlığı nəticə verib.

Teqlər:
hədə, intihara cəhd, qadın, eşq, gənc, Nərimanov rayon Polis İdarəsi

Əsas mövzular