11:59 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Babək prospekti, arxiv şəkli

Bakıda möcüzə baş verib və görün, nələri ortaya çıxarıb

© Foto: TREND
HADİSƏ
Qısa URL
430710

"Sadəcə bəxtləri gətirib ki, onlar aşağı düşəndə tunelin həmin yerində başqa avtomobil olmayıb"

BAKI, 5 oktyabr — Sputnik. "Dünən Babək prospektinin başlanğıcında bir avtomobil üstdəki yoldan tunelə düşmüşdü. Belə hadisənin ağır nəticəyə səbəb olmaması, doğrudan da möcüzədir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. "Sadəcə bəxtləri gətirib ki, onlar aşağı düşəndə tunelin həmin yerində başqa avtomobil olmayıb. Bu hadisə yollarımızın bəzi yerlərindəki ciddi bir qüsuru da üzə çıxardı" — deyə Hüseynov bildirib.

Onun sözlərinə görə, körpülərin hər iki kənarında xüsusi qoruyucu konstruksiya — hərəkət hissəsi kənarında hündürə qaldırılmış dəmir-beton sədd və daha sonra möhkəm polad məhəccər (əslində o da səddir) olur: "Bu konstruksiyanın təyinatı körpü üstündə idaretmədən çıxan avtomobili imkan daxilində körpünün üstündə saxlamaq, onun hündürlükdən yerə düşməsinə imkan verməməkdir".

"Altında başqa yol olan körpülərdə həmin qoruyucu konstruksiya daha hündür və daha davamlı olmalıdır, çünki belə yerdə düşən avtomobil aşağıdakı yolda (körpünün altında və yanında) hərəkət edən avtomobillərin üstünə düşərək çox ağır qəzalara səbəb olur. Amma ölkəmizdə yolun hərəkət hissəsi ilə yaxın olan tunel girişlərində belə qoruyucu konstruksiya yoxdur" — deyə o qeyd edib.

Ekspert bildirib ki, tunellərin girişinin həmin hündür yerində də yaxındakı yolda idarəetmədən çıxan avtomobillərin tunelə düşməsinin qarşısını almaq üçün belə möhkəm qoruyucu konstruksiyaya ehtiyac var: "Babək prospektinin başlanğıcındakı tunelin kənarında belə konstruksiya olsaydı, həmin avtomobil tunelə düşməzdi".

Qeyd edək ki, dünən səhər saatlarında Bakı şəhəri Babək prospektində ağır yol qəzası baş verib. Bununla bağlı sosial şəbəkələrdə hadisə şahidləri məlumat yayıblar. Heydər Əliyev prospektindən Babək prospekti istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobilin sürücüsü idarəetməni itirərək körpüdən tunelə aşıb. Hadisə nəticəsində "KİA"nın sürücüsü yüngül xəsarət alıb.

Əlaqədar

Azərbaycanlılar Rusiyada qəzaya uğrayıb
Bakıda yenə ağır qəza baş verib - VİDEO
Bərdədə ağır yol qəzası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
ABŞ hərbi təyyarəsi qəzaya uğradı: Ən azı 11 ölü
Ağır qəza oldu, sürücülər xəsarət aldı
Teqlər:
tunel, Babək prospekti, Ərşad Hüseynov, körpü, qəza, avtomobil

Əsas mövzular