20:12 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
72 0 0

Bərdədə avtomobil maneəyə çırpılıb, sürücü ölüb

BAKI, 26 sentyabr — Sputnik. Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Oka" markalı avtomobilin idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılması nəticəsində avtomobilin 1968-ci il təvəllüdlü sürücüsü Azər Həzili hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Əsas mövzular