Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Biləsuvarda iki ədəd partlamamış hərbi sursat aşkar edilib

© Photo : ANAMA-nin mətbuat xidmətiBiləsuvarda iki ədəd partlamamış hərbi sursat aşkar edilib
Biləsuvarda iki ədəd partlamamış hərbi sursat aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 8 min kvadratmetr əraziyə yerüstü və 500 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib

BAKI, 9 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102 — Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə daxil olmuş məlumatlara əsasən yenidən əraziyə baxış keçirilib.

ANAMA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 8 min kvadratmetr əraziyə yerüstü və 500 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Doqquz gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 755 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 85500 kvadratmetr əraziyə yerüstü və 5260 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Xəbər lenti
0