21:07 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Narkotik vasitə olan tiryək, arxiv şəkli

Sərhəddə külli miqdarda narkotik tutuldu

© Sputnik / Rahim Zakiroğlu
HADİSƏ
Qısa URL
96 0 0

Qablaşdırılmış bağlamaların ümumi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib

BAKI, 2 sentyabr — Sputnik. Daxil olan əməliyyat məlumatı əsasında Ukrayna Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində əməliyyatçılar tərəfindən saxlanılıb və əməliyyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib.

DGK-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub.

Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümumi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
Astara gömrük-sərhəd buraxılış məntəqəsi, tiryək, Ukrayna vətəndaşı, Gürcüstan, İran İslam Respublikası, narkotik

Əsas mövzular