09:23 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Lənkəran şəhərində təcili yardım avtomobili, arxiv şəkli

Lənkəranda qorxunc hadisə baş verdi, 2 kişi birləşib 3 qadını döydü

© Sputnik / Rahim Zakiroğlu
HADİSƏ
Qısa URL
34501

Qadınlara bədəninin müxtəlif nahiyələrinin travmaları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Lənkəranda insanlığa sığmayan döyülmə hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Haftoni qəsəbəsində ata və oğlu qudasını, qudasının bacısını və gəlini döyərək ağır xəsarətlər yetiriblər.

Belə ki, 1962-ci il təvəllüdlü Haftoni qəsəbə sakini Hicran Şabanov və oğlu Şahin Şabanov gəlininin xalası Nigar Muradovanın evinə gələrək ev sahibəsi və onun bacısı, 1957-ci il təvəllüdlü Əminə Muradovaya ağır bədən xəsarətləri yetiriblər. Zərərçəkən N.Muradova Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində iddia edib ki, bacısı qızı, 1996-cı il təvəllüdlü Aynur Şabanova 4 ildir Şahin Şabanovla evlidir. Amma qayınatası onunla yola getmir, hətta onu söyür və döyür: "Deyir ki, çıx evdən, mən oğluma varlı adamın qızını alıram. Deyir ki, uşaqları götürmə, özün çıx get. Bu gün qız uşaqları da götürüb, səhər tezdən gəldi bizə. Ağlaya-ağlaya dedi ki, "qayınatam dedi çıx, mən də uşaqları götürüb gəldim". Aynur dedi ki, başqa qadın gəlsə onun iki övladına baxmayacaq. Ona görə də uşaqları da götürüb gəlib. Aradan heç yarım saat keçməmişdi Hicranla oğlu Şahin gəldilər. Məni, bacımı, Aynuru pis döydülər. Şahinin əlində bıçaq da var idi."

Qeyd edək ki, N.Muradova və Ə.Muradova Lənkəran Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların hər ikisinə bədəninin müxtəlif nahiyələrinin travmaları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hazırda döyülmə faktı araşdırılır.

Teqlər:
quda, qohum, travma, döyülmə, Lənkəran, xəstəxana, polis, qadın

Əsas mövzular