04:08 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Чайка над морем, фото из архива

Gəmidən suya düşən qadın 10 saat dənizdə qalıb

© Sputnik / Aleksey Danichev
HADİSƏ
Qısa URL
58 0 0

Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qalıb

BAKI, 20 avqust — Sputnik. Böyük Britaniya sakini "Norwegian Star" kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb.

"Report" xəbər verir ki, gəmi Varqalora limanından Venetsiyaya üzürmüş.

Qadın göyərtədən suya Xorvatiya sahillərindən təqribən 95 km aralıda yıxılıb. Onu ölkənin sahil mühafizəsinin əməkdaşları düşdüyü yerdən 1300 metr aralıda tapıblar.

46 yaşlı Key Lonqstaff Xorvatiyanın Pula şəhər xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra qadın evə buraxılıb.

Hazırda Xorvatiya hökuməti turist qadının suya qəsdən və ya təsadüfən düşdüyünü müəyyən etmək üçün videomüşahidə kameralarının qeydlərini nəzərdən keçirir.

Əlaqədar

Türkiyənin xilas planı işə salındı, ölkəyə 70 milyard dollar yönəldildi
Abşeronda iki strukturun birgə səyləri xəstənin həyatını xilas edib
Yasamalda iki nəfərin həyatı xilas edildi
Məni parkda yatmaqdan xilas edən adam...
Yüzlərlə turist xilas edildi

Əsas mövzular