01:21 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qax rayonu ərazisindən keçən Ərdava çayının üzərindəki körpünü sel aparıb

Qarşıdakı üç gün üçün hava xəbərdarlığı gəldi

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
549 0 0

Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 17 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz, 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. 

Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 


Əlaqədar

Sabahın hava proqnozu açıqlandı: Yağış, külək, şimşək
Hava yenə xoşagəlməz "sürpriz" edəcək - RƏSMİ
Hava limanından qaçırılan təyyarə qəzaya uğradı - VİDEO
Ölkə ərazisinə təhlükəli hava cərəyanı yaxınlaşır: Leysan, daşqın və sel gözlənilir

Əsas mövzular